Azərbaycan - İran qarşılaşmalarına təyinatlar açıqlanıb

22:10 - 22 Yanvar 2018 - İDMAN

 Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin İran yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün təyinatlar açıqlanıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, yanvarın 23-də və 24-də Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər idarə edəcəklər.

Yoldaşlıq oyunları

23 yanvar
21:00. Azərbaycan – İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov

24 yanvar
21:00. Azərbaycan – İran
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Xəbər xətti