Tovuzda yanğın: qadın sahibi olduğu gül dükanında yandı

14:10 - 19 Yanvar 2018 - HADİSƏ

Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon bazarındakı gül dükanında baş verib. Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə köçürülüb.
Hadisə nəticəsində qadının bədəninin 65 faizi yandığı bildirilir.
Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.
Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti