“Azərbaycan millisinə qiymət vermək çətindir”

00:10 - 17 Yanvar 2018 - İDMAN

Futbol üzrə Moldova millisinin hücumçusu Radu Qınsar Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşləri barədə danışıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadə  xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları dilə gətirib: “Yeni baş məşqçi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək. Rəqiblərə qiymət vermək mənim üçün çətindi. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq”.
 

Hayfa “Hapoel”inin 27 yaşlı üzvü sözügedən matçlar üçün milliyə çağırılmamasının səbəbi haqda da danışıb: “Mənə dəvət gəlməyib. Bəlkə də, İsraildə çempionat davam etdiyi üçün yığmaya çağırılmamışam. Klubumun da dəvət gələcəyi təqdirdə, məni buraxmayacağını düşünürəm”.
 

Qeyd edək ki, Moldova millisi yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoxlama oyunu keçirəcək.

Xəbər xətti