Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, millimiz “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, Rəşad Sadıqovun yığmada baş məşqçi kimi ilk sınağı olacaq.
Xatırladaq ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
16 yanvar
17:00 Azərbaycan U-21 - Alanyaspor U-21