“Qarabağ” Antalyada qış təlim-məşq toplanışında ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla qarşılaşacaq.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 17-də baş tutacaq matç Bakı vaxtıyla saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klublarıyla üz-üzə gələcək. "Qarabağ"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqib olacaq.