“Barselona”dan ayrılaraq Türkiyənin “Başakşəhər” klubuna keçən Arda Turan mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu ona ünvanlanmış “Türkiyəyə dönsəm. sadəcə “Qalatasaray”a gələrəm” demişdin sualına belə şərh verib:
“Bəli, onu demişdim. Amma “Qalatasaray” mənə qucaq açmadı, istəmədilər. İndi deyirəm ki, “Qalatasaray” məni istəsə, dönərəm. Bu fikrim heç zaman dəyişməyəcək”.
Qeyd edək ki, Arda Turan artıq “Başakşəhər”lə rəsmi müqavilə imzalayıb.