Millimiz daha bir yığma ilə yoldaşlıq matçı keçirəcək.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə ilkin razılıq əldə edilib.
Matç fevralın 2-də keçiriləcək.
Qeyd edək ki, millimizin Gürcüstanla fevralın 2-də keçirməli olduğu yoxlama oyunu qarşı tərəfin istəyilə ləğv olunmuşdu. Qurban Qurbanovun başçılıq etdiyi komanda yanvarın 30-da isə Moldova yığması ilə qarşılaşacaq.