21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov komanda üçün daha bir rəqib seçib.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək. Yığmamız yanvarın 16-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, U-21 millimiz yanvarın 21-i və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.