“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qapıçı yanvarın 28-i ABŞ, yanvarın 31-i isə Meksikayla matçların heyətində yer alıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şehiçin Antalyadakı təlim-məşqi tərk edərək milliyə yollanmasına icazə verib.
Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasını millimizin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.