“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
"Ucnoqta.az"-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hazırlığın ikinci günündə komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə yollanıb.
Futbolçular səhər məşqində konkoni testi keçirib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumu yoxlamaqdan ibarətdir. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub. Komanda yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.