“Düşünürəm ki, biz yaxşı oyun göstərdik. Bu gün meydanda “döyüşdük”.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Çelenc Cup”da 1/16 final mərhələsində Rumıniyanın “Ştiinta” klubuna məğlub olan “Azerreyl”in baş məşqçisi Famil Ağayev deyib.
O bildirib ki, üstünlüklərini qoruya bilməyiblər: “Üç setdə qələbə qazandığımız üçün üstün idik və rahat şəkildə “Qızıl set”ə yollandıq. Amma rəqib üstünlüyü öz xeyrinə ələ aldı və qalib gəldi. Onları təbrik edirəm”.