“Geri döndüyüm sevinirəm. Bunu daha əvvəl etməliydim”.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”dən ayrılıb “Reyncers”ə gedən şotlandiyalı futbolçu Endi Hallidey deyib.
Yarımmüdafiəçi “Qəbələ” tərk etdiyinə görə sevindiyini bildirib: “Azərbaycanda keçirdiyim günlər haqqında çox şey deyə bilməyəcəm. Çünki ora getdiyim vaxtdan bir həftə sonra yanlış etdiyimi bilirdim. Hər şeyin səhv olduğunu anladım. Getməzdən öncə xəbərdar olmadığım çox şey var idi. Bir həftə sonra ayrılmağa, başqa yerə getməyə çalışdım. Buna icazə vermədilər. Qalmağımız istədilər. İlk fürsətdə isə ordan ayrıldım”.
Hallidey Azərbaycanda çətin günlər keçirdiyini sözlərinə əlavə edib: “Çox çətin idi. Bir neçə əzablı keçdi. İngilis dilini insanların çox az bilməsi də mənə mane olurdu. Ailəm yanımda yox idi. Sevgilim də burada işlədiyi üçün yanıma apara bilmədim. Onun Şotlandiyada qalmağı da bizə çətinlik yaratdı”.
26 yaşlı futbolçu “qırmızı-qaralar”ın bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşə bilməməsindən danışıb: “Avropa arenalarında heç oynamamışam. “Qəbələ”yə keçidimə də buna görə razılıq verdim. Çünki bir əvvəl onlar qrup mərhələsində çıxış etmişdilər. Avropa təcrübəsi üçün onlara indi də minnətdaram. Böyük bir şey oldu. Amma düşüncəm və ürəyim həmişə “Reyncers”dədir”.