“Keşlə”dən ayrılan İlkin Qırtımovun "Neftçi"yə keçidi rəsmiləşib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi milli komandanın heyətində 5 oyun keçirib.
Xatırladaq ki, "Neftçi" bundan əvvəl "Qəbələ"dən Aqil Məmmədov və "Binə"dən Fərid Abbaslını transfer edib.