Banka borcu olduğu üçün ölkədən qaçarkən saxlanıldı - Foto

14:41 - 9 Yanvar 2018 - Xəbər

Yanvarın 5-də Azərbaycan vətəndaşı - 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
 

"Ucnoqta.az" Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata istinadən bildirir ki, aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti