Futbolçu Arda Turan "Başakşehir" klubunun prezidenti Göksel Gümüşdağ ilə görüşüb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Arda təklifi qəbul edib: "Mən bu mübarizədə bir nəfər olaraq yer alacam. Ümidinizi puça çıxarmayacam".
Gümüşdağ dünən keçirilən görüşdə Ardaya "Biz sənin üçün istənilən fədakarlığı etməyə hazırıq. Sən tarix yazmağa hazırsanmı?-deyib. Ulduz futbolçu isə klubun ümidlərini puça çıxarmayacağına söz verib.