Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkay Əkbərli və Ceyran İsmayılzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. İclasda onların vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər. Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178-ci(dələdzuluq) maddəsinə əsasən ittiham olunurlar. Onlar Bəhruz Nağıyev adlı şəxsdən 450 min manat pulu dələduzluq yolu ilə almaqda günahlanırılırar.