“Bütün komandalar Bakıda məskunlaşıb” - İvanoviç

22:15 - 9 Yanvar 2018 - İDMAN

“Azərbaycanda iki mövsüm keçirdim. Oynadığım ilk ildə finalda “Azərreyl”ə uduzduq. Ötən mövsüm isə eyni komandanı finalda məğlub etdik”.

"Ucnoqta.az"  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Montenqro millisinin voleybolçusu Kseniya İvanoviç deyib.
 

Serbiya mətbuatına danışan xanım idmançı Azərbaycanda “Telekom”da oynadığı vaxtları xatırlayıb. İvanoviç ölkəmizdə xoş günlər keçirdiyini bildirib: “Azərbaycan çempionu olmaq eyforiya hissi yaratdı məndə. Zoran Qayiç kimi güclü mütəxəssislə işləmək əla təcrübə idi.
 

İki ildə voleybol və həyat haqqında çox şey öyrəndim. Azərbaycana gəldikdə isə digər şəhərləri görmək imkanımız yox idi. Çünki bütün komandalar paytaxt Bakıda məskunlaşmışdı. Amma Bakı gözəl şəhərdir. “Telekom” böyük klubdur. Son 10 ildə 9 dəfə çempion olub. Bu komandada böyük oyunçular çıxış edib”.

Xəbər xətti