Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır

01:45 - 9 Yanvar 2018 - Xəbər

Ölkəmizdə 75 xarici ölkədən 5541 nəfər tələbə təhsil alır.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov sosial şəbəkədə yazıb.
 

O bildirib ki, cari tədris ilində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edir. Bu isə ötən illə müqayisədə 10 faiz artım deməkdir.

Xəbər xətti