Rusiyanın “Anji” klubu Ayaz Quliyevlə yolları ayırıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan əsilli futbolçu müqavilə ilə məxsus olduğu "Spartak" klubuna geri dönüb. Moskva təmsilçisi 21 yaşlı yarımmüdafiəçini yenidən icarəyə vermək istəyir.
2017-ci ildən "Anji"də çıxış edən Ayaz Mahaçqala təmsilçisinin heyətində 22 oyuna 1 qol vurub.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, Rusiyanın U-21 millisinin üzvüdür. Ayaz milli komandamıza namizəd futbolçudur.