Zığda qəzada yaralananlarla bağlı — Nazirlikdən açıqlama

11:14 - 8 Yanvar 2018 - Xəbər

Bakıda Zığ şossesində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən sərnişinlərin 11-i artıq evə buraxılıb.
 

"Ucnoqta.az" Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə verdiyi məlumata istinadən bildirir ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir. Onların sağlamlıq vəziyyəti stabil qiymətləndirilir.
 

Qeyd edək ki, yanvarın 6-da Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Xəbər xətti