Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur

17:23 - 5 Yanvar 2018 - Xəbər

Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Oxu.Az-a “Gilavar” Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
 

Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların “Mi-17” təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.
 

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Xəbər xətti