Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, millimiz yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova yığması ilə qarşılaşacaq. Bu matç Qurban Qurbanovun millimizdə baş məşqçi qismində ilk oyunu olacaq.
Xatırladaq ki, yığmamız fevralın 2-də Gürcüstan yığması ilə də yoldaşlıq oyunu keçirəcək.