AZAL-la uçanların nəzərinə! Qeydiyyat qaydaları dəyişdirilir

15:24 - 5 Yanvar 2018 - Xəbər

2018-ci il yanvarın 15-dən etibarən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan məlumat verilib.
 

Məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.
 

Həmçinin AZAL-dan verilən məlumatda sərnişinlərin qeydiyyat üçün hava limanına öncədən gəlmələri xahiş olunub.

Xəbər xətti