"Qəbələ" "Sürix"lə qarşılaşacaq

22:00 - 5 Yanvar 2018 - İDMAN

"Qəbələ" futbol klubu qış təlim-məşq toplanışına start verib.

Trend kluba istinadən məlumat verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin 2017-ci il dekabrın 15-də keçirilən "Səbail"lə səfər matçından sonra istirahətə buraxılan "qırmızı-qaralar" bu gündən bir araya gəlib.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşmaq üçün qonşu Türkiyəyə yollanıb. Antalya şəhərində hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Komanda yanvarın 5-dən 17-dək davam edəcək ilk mərhələdə üç yoxlama oyunu keçirəcək. "Qəbələ" yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə, 14-də Qazaxıstanın "Atırau" komandası ilə, 17-də isə İsveçrə təmsilçisi "Sürix"lə qarşılaşacaq.

Üç günlük istirahətdən sonra yanvarın 21-də yenidən bir araya gələcək “qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. İkinci mərhələdə komanda 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, 27-də Rusiyanın “Arsenal”, 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək qəbələlilər fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcəklər.

Xəbər xətti