Robert Prosineçki Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin olunub

17:45 - 4 Yanvar 2018 - İDMAN

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərar Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb. 

Xəbər xətti