“Qarabağ”ın haitili futbolçusu Donald Gerye öz ölkəsində prezidentin qəbulunda olub.
Qol.az-ın məlumatına görə, bu barədə o, özünün "İnstagram" hesabında şəkil paylaşıb. Cinah yarımmüdafiəçisi şəkillə birgə bunları yazıb:
“Cənab prezident Xovenel Moyse dəvət üçün çox təşəkkür edirəm. Sizə və Haitiyə hər şeyin ən yaxşısını arzulayıram".