Azərbaycan U-21 və U -20 komandasına baş məşqçi təyin olunan Rəşad Sadıqovun köməkçilərindən birinin adına aydınlıq gəlib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bolqarıstanlı çalışdırıcı Vladislav Yanuş Sadıqova U-21 komandasında kömək edəcək.
Onun Azərbaycana gəlməsində əsas rolu həmyerlisi Çudomir Çakarov oynayıb.