İranda baş verən 4,2 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 57 nəfər yaralanıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Əlborz bölgəsində olub.
Yeraltı təkanlar Tehrandan 39 km uzaqlıqda, 12 km dərinlikdə qeydə alınıb.