Futbol üzrə Gürcüstan və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama matçının məkanı müəyyənləşib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən matç Türkiyənin Antalya şəhərindəki “Mərdan Palace” stadionunda baş tutacaq.
Bu barədə Gürcüstan mətbuatı xəbər yayıb. Xəbərdə bu arenanın 7428 azarkeş tutumuna malik olduğu qeyd olunub.
Gürcüstanla yoxlama görüşü Qurban Qurbanovun millinin baş məşqçisi kimi ilk görüşü olacaq.
Qeyd edək ki, Azərbaycan – Gürcüstan oyunu gələn il fevralın 2-də keçiriləcək. Bu qarşılaşma hər iki komanda üçün Avropa Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.