Madrid “Atletiko”sunun prezidenti Enrike Serezo AS nəşrinə müsahibə verib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki o, müsahibəsində UEFA Çempionlar Liqasının qrup mərhələsindən çıxa bilməmələrinə toxunub.
Serezo da komandanın oyunçuları kimi buna səbəb “Qarabağ”la matçlardakı nəticələri göstərib: “Qrupdan çıxa bilməmək bizə zərbə idi. İlk matçda “Roma”da qalib gəlməli idik. “Qarabağ”la matçların ən azı birində biz qələbə qazanmaq məcburiyyətindəydik. Qazana bilmədik və nəticəsi göz önündə. “Qarabağ”la matçlarda nələr olduğunu hələ də anlamıram. Görün, onlar nə etdi? İndi Avropa Liqası haqqında düşünürük. Orada yaxşı komandalar var. Qalib gəlməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Atletiko” arasında keçirilən hər iki oyun heç-heçə bitmişdi.