Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılıb və bu obyektlər istifadəyə verilib.
"Ucnoqtaaz"ın görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri isə davam edir.
O qeyd edib ki, Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, Şəki, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində isə idman zalları inşa olunur.
//Trend//