Azərbaycan millsinin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
"Ucnoqta.az" həmin müsahibəni təqdim edir:
- Hazırda işsizsiniz...
- İşsiz olanda yaxşıca istirahət etmək olur. Amma bir az sonra işləmək istəyirsən.
- Azərbaycan yığmasında işlədiyiniz üçün peşmansız?
- Xeyr. Orada yaxşı illərim keçdi. Həyatımda xüsusi yerə sahibdir. Gözəl şəhər, yaxşı iş şəraiti, yaxşı nəticələr...Bakıda qazandığım dostlar var. Ancaq artıq çətinlik çəkirdim və yeni iş görmək lazım idi. Çünki daha irəli getmək lazımdır.
- Azərbaycan yığması sizin dönəminizdə yaxşı futbol oynadı...
- Azərbaycan yığması “Barselona” deyil. Yəni onlara katalonların oynatdığı futbolu oynatmaq qeyri-mümkündür. Buna səy göstərəcəksiniz amma alınmayacaq. İndi əminəm ki, mən həmişə hücum futbolu oynadan məşqçi kimi yaddaşlarda qalacam. Amma bunun üçün komandanda mütləq istənilən keyfiyyətlərə sahib futbolçular olmalıdır. Mən daha yüksək səviyyədə komandada olmaq niyyətindəyəm.
- Bəlkə orada adrenalin çatmırdı?
- Təzyiq və adrenalin həmişə mövcuddur. Çünki işlədiyin mühit səni buna məcbur edir. Nəticə qazanmaq üçün çox şey lazımdır. Özünü sübut etməlisən. Azərbaycanda hər şey gözəl idi. Amma futboldan çox döyüş idman növləri inkişaf edib. Bunu dəyişdirə bilməzsiniz.
//Qafqazinfo//