Əfqanıstanın cənubunda partlayış baş verib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki partlayış Qilmənd əyalətndə Marca rayonunda qeydə alınıb.
Son məlumata görə, partlayış nəticəsində 6 sərhəd polisi əməkdaşı ölüb, daha 6 nəfər yaralanıb.
Partlayışın təfərrüatları barədə məlumat verilməyib.
Partlayışa görə məsuliyyəti hələ heç kəs üzərinə götürməyib.