Məşhur məşqçi Fatih Terim "Galatasaray" klubuna qayıdıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, klub Terimlə görüşlərə başlayıb.
İqor Tudor klubdan ayrıldıqdan sonra Fatih Terim "Galatasaray"a qayıdıb. Məşqçi klubla razılıq əldə etdiyini özü bildirib.
Terim Tvitter səhifəsində "harada qalmışdıq" yazaraq klubun adını etiketləyib.
"Galatasaray"ın rəsmi Tvitter hesabından "Burada qalmışdıq" cavabı gəlib.