19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçirəcək.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmamız hazırlıqlarını dekabrın 23-dən 29-dək gerçəkləşdirəcək.
Yeni baş məşqçi Vüqar Məmmədin yetirmələri Bakıda məşq edəcək. Çalışdırıcı ilk toplanışa 26 futbolçu dəvət edib.
O, heyətə I divizion təmsilçisi “Şüvəlan”dan da futbolçu çağırıb: Sərcan Ömərov, Əkbər Vəliyev, Cavid Əliyev, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Kamran Quliyev, Rüstəm Nuriyev (hər ikisi “Qəbələ”), Nail Alışov, Seymur Əliyev (hər ikisi “Neftçi”), Kamran Məmmədov, Tolqar Yaqubov, Zahid Mərdanov, Emil Qasımov, Şakir Seyidov, Eldost Qiyasbəyli, Tahir Zeynalov, Vidadi Cəfərov, Elçin Mustafayev (hamısı “Səbail”), Ceyhun Şahverdiyev, Səbuhi Abdullazadə (hər ikisi “Sumqayıt”), Riad Abbaszadə (“Şüvəlan”).