İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu “Barselona” ilə oyuna xüsusi proqram əsasında hazırlaşır.
Ucnoqta.az-ın məlumatına görə, “Report” “Football Espana”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu gün ümumi qrupdan ayrı məşq edib.
Portuqaliyalı forvard dekabrın 16-da klublararası dünya çempionatının finalında Braziliya “Qremio”sunu 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra baldır əzələsində diskomfort hiss edib. Lakin o, jurnalistləri əmin edib ki, “El-Klasiko”ya qədər hazır olacaq.
Qeyd edək ki, “Real Madrid” dekabrın 23-də La Liqanın XVII turu çərçivəsində “Barselona”nı qəbul edəcək. Matç Bakı vaxtı ilə 16:00-da başlayacaq.