Dövrələrarası fasiləyə yollanan “Qarabağ”ın bir araya gələcəyi vaxt bəlli olub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ağdamlılar yanvarın 9-da yığışacaq. Elə həmin gün Türkiyəyə yollanacaq Qurban Qurbanovun komandası Antalyada məskunlaşacaq. Komanda burada Belek bölgəsindəki “İC Santai” otelində qalacaq.
“Atlılar” toplanış müddətində 5-6 yoxlama matçı keçirmək fikrindədi. “Qarabağ” ilk oyununu yanvarın 17-də keçirəcək. Qurban Qurbanovun yetirmələri digər matçlarını 20, 23, 24, 26 və 27 yanvar tarixlərində keçirmək fikrindədi. Son çempion fevralın 4-də Bakıya qayıdacaq.
Qeyd edək ki, “Qarabağ” Topaz Premyer Liqasında mövümün ilk yarısını 37 xalla birinci pillədə yekunlaşdırıb.