Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi İqor Tudor istefaya göndərilib.
Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, rəsmi qərar bu gün Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək idarə heyətinin toplantısında veriləcək.
Klub prezidenti Dursun Özbek ötən gecə uzun sürən müzakirələrdən sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağı məqsədəuyğun sayıb. Tudora 400 min avro təzminat ödəniləcək.
Qeyd edək ki, "Qalatasaray" Super Liqanın XVI turunda səfərdə "Yeni Malatyaspor"a 1:2 hesabı ilə uduzaraq, liderliyi əldən verib. Hazırda "sarı-qırmızılar" 33 xalla 1-ci pillədə olan "Başakşehir"dən 1 xal geri qalır.