“Keşlə” klubunun yeni baş məşqçisi müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, paytaxt klubunu növbəti ildən Yuri Maksimov çalışdıracaq.
Ukraynalı məşqçi ilə artıq razılıq əldə edilib.
Məlumatı “Qafqazinfo”ya açıqlamasında “Keşlə”nin prezidenti Zaur Axundov da təsdiq edib. O bildirib ki, Maksimov Azərbaycana dəvət olunub və növbəti həftə təyinat rəsmiləşəcək: “Onunla danışacağıq.
Növbəti həftənin 1 və ya 2-ci günü təyinat rəsmiləşəcək. Həmçinin həmin vaxt Müşahid Şurasının da iclası keçiriləcək. Bütün məsələlər öz təsdiqini tapacaq”.