Mövsümün sonunda "Real"a transfer olunacağı deyilən Neymarla bağlı yeni xəbər yayılıb.
“Ucnoqta.az” fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu"nun prezidenti Florentino Peres brzaliliyalı futbolçunun atası ilə görüşüb.
Bildirilir ki, onlar Neymarın "Real"a transferini müzakirə edib. İspaniya klubunun rəhbəri braziliyalı futbolçu üçün PSJ-yə 250 milyon avro ödəməyə hazır olduqlarını bildirib. Futbolçunun özünə sərf olunacaq məbləğ isə 200 milyon avrodan artıq olacaq.
Qeyd edək ki, PSJ Neymarı yayda "Barselona"dan 222 milyon avroya transfer etmişdi.