Ölkə kubokunda yarımfinal cütləri müəyyənləşdi

10:20 - 16 Dekabr 2017 - İDMAN

Azərbaycan kubokunda yarımfinalda qarşılaşacaq rəqiblər məlum olub.

 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Səbail” kubokdan kənarlaşdıran “Qəbələ”, “Zirə”dən üstün olan “Neftçi” ilə qarşılaşacaq.

 

“Qarabağ”ı məğlub edərək sürprizə imza atan “Sumqayıt” isə “Kəpəz”i mübarizədən uzaqlaşdıran “Keşlə”yə rəqib olub.

 

Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.

Xəbər xətti