Azərbaycan Kuboku: "Keşlə" yarımfinalda

15:47 - 14 Dekabr 2017 - İDMAN

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
 

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, "Kəpəz" ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Keşlə"ni qəbul edib. Gərgin və maraqlı keçən qarşılaşmada gəncəlilər yenə də uduzublar - 2:3.
 

Günün digər matçında isə "Neftçi" ilk oyunda minimal hesabla məğlub olduğu "Zirə"ni qəbul edəcək.

1/4 finalın digər oyunları – “Səbail” - “Qəbələ” və “Sumqayıt” - “Qarabağ” oyunları isə sabah keçiriləcək.

Xəbər xətti