Olimpiya çempionumuz ili lider kimi başa vurur

22:35 - 14 Dekabr 2017 - İDMAN

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Ucnoqta.az Apasport.az-a istinadən bildirir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk “onluğ”u idmançılarımız üçün uğurlu saymaq olar.
 
Bu dəfə siyahıda yığmamızın 3 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. O, 2,04 reytinq xalı itirsə də, mövqeyini əldən verməyib. Aktivində 435,66 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 37,75 xal qabaqlayır.
 
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan Olimpiya mükafatçısı ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 30.22 xal öndədi – 469,86.
 
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. 7-ci pillədə qalan həmyerlimiz 207,15 xala malikdi.
 
Qeyd edək ki, qadın taekvondoçuların reytinqində Azərbaycan millisinin üzvləri yer almayıblar. 

Xəbər xətti