Rövşən Almuradlının Bakı metrosunda səhhəti pisləşdi - Reanimasiyadadır

15:35 - 10 Dekabr 2017 - Xəbər

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlının səhhəti pisləşib.

 

“Qafqazinfo”nun “Xeberle.com”a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında olarkən onun vəziyyəti pisləşib.

 

R.Almuradlının ürək və ağciyərində problem yaranıb.

 

O, ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Xəbər xətti