Gömrükdən gizlədilən mal tapıldı

12:25 - 9 Dekabr 2017 - Xəbər

Avtomobildə gizlədilən pirotexniki vasitə aşkarlanıb.

 

Ucnoqta.az Dövət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata istinadən bildirir ki, Tovuz Gömrük İdarəsinin hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

 

Yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən "Cock Crowing At Dawn" adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti