7 kq narkotik aşkarlandı

12:07 - 9 Dekabr 2017 - Xəbər

Daxili İşlər Nazirliyi iki rayondan 7 kiloqram narkotik aşkar edib.

 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evdən 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.

 

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülüb.

Xəbər xətti