Bakıda bankomatdan 40 min manat oğurlanıb

14:24 - 7 Dekabr 2017 - Xəbər

Bakıda bankomat qarət edilib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, paytaxtın Xətai rayonu, Axundov küçəsində quraşdırılmış bankomat qaynaq aparatı ilə kəsilib, içərisindən 40 min manat oğurlanıb.
 
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədov tutulub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xəbər xətti