Xətai rayonu ərazisində zenit top mərmisi aşkar edilərək zərərsizləşdirilib

10:09 - 28 Noyabr 2017 - Xəbər

Noyabrın 27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhər Xətai rayonu, Nobel prospekti 94 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
 

Ucnoqta.az ANAMA-dan AZƏRTAC-a daxil olan məlumatya istinadən bildirir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin nümayəndələri dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Xəbər xətti