Hazırda 18 və 65 saylı marşrutlarda “Wi-Fi” təqdim olunur
2018-ci ilin yanvarından “Xaliq Faiqoğlu” nəqliyyat şirkətinə məxsus 61 nömrəli marşrutla hərəkət edən avtobuslarda pulsuz “Wi-Fi” xidməti işə salınacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunub ki, hazırda 18 və 65 saylı marşrutlarda “Wi-Fi” təqdim olunur.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti Bakıda 13 marşrut üzrə sərnişin daşımaları həyata keçirir.