Bakıda evakuator ölümlə nəticələnən qəzaya səbəb olub - VİDEO

16:47 - 11 Sentyabr 2017 - HADİSƏ

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, videodan görünür ki, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib.
Belə ki, "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol nişanının tələbini pozaraq qəfil dönmə əməliyyatını yerinə yetirərək "Mercedes"in yoluna çıxıb. Nəticədə "Mercedes" evakuatorun arxa hissəsinə çırpılıb.
Qəza zamanı "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, hadisə sentyabrın 6-da baş verib.

Xəbər xətti